localizar celularclick to see morerastreamento gps de celularcomo acharcomo puedo localizar a una persona por medio del numero celularcomo rastrear un celular samsung galaxy s6 miniclick to see morecomo rastrearclick to see morecheck this outcelular appleusar celularcomocomo rastrear meu celular samsung galaxy pocketcomorastrear celular roubado android gratiscomo rastrear un celular samsung galaxy ace apagadolocalizar celular nextelcomo localizar un numero celular por internetlocalizar personas por celular telcelcelularlocalizador de celular pela internet

Bizimlə Əlaqə

Məsul şəxs: Əhmədova Nəzrin
Mob: (+994) 552383311
E-mail: info@revansigorta.az

Şikayət ilə bağlı təlimat

Şikayət və təkliflərinizi bura yazın

Əlaqə məlumatları:

  • “Takaful” nədir və bu bizə lazımdırmı?

    Əvvəla onu demək istəyirəm ki, ümumiyyətlə İslam aləmində sığorta və sığortaçılıq məqbul hesab edilir.

    “Takaful” bir  İslam Sığorta modelidir. “Takaful”un ərəbcədən tərcümədə mənası “zəmanət” deməkdir.Bu sitemin formalaşması 1970 – 1980-ci illərə təsadüf edir. Hal hazırda müxtəlif ölkələrdə onlarla belə sığorta şirkətləri fəaliyyət göstərir. Ənənəvi sığortadan fərqini qısaca olaraq qabartsaq onlar aşağıdakıların Takaful-da olmamasından ibarətdir.

    • Maraq
    • Qeyri müəyənlik
    • Qumar
    • Risklərin ötürülməsi

    Yuxarıda sadaladıqlarımı ümumi qəbul edilmiş sığortadan çıxarsaq, Takaful meydana gəlir.

    “Takaful” un hal hazırda üç növü var:

    • Mudaraba
    • Vakala (Wakala)
    • Vaqf-Vakala (Wadf – Wakala)

    Takaful Şəriətin tələblərinə tam uyğun gələn və müsəlmanların bu nöqteyi nəzərdən tələblərini qarşılayan bir sığorta üsuludur.

    Takaful, iştirakçıların və operatorun gəlir və xərclərinin bölüşdürülməsi mexanizminin üzərində qurulmaqla Quran və Şəriət tələblərinə uyğundur. Burada söhbət risklərin ötürülməsi deyil bölüşdürülməsi sistemindən gedir. İştirakçıların eyni hüquqa malik olub, ümumi daxıla proporsional qaydada şərik olmaları daha ədalətli hesab edilir və bu növdə sığortaya tələbi artırır. Belə nəticəyə “Mudaraba” modelinə söykənən öhtəliklərin bölüşdürülməsi metodu hesabına nail olunur. Məhz bu səbəbdən İslam sığortası ənənəvi sığortadan daha münasib olması qənaətinə gəlmək olar.

    Sığortaçı bu qaydalara görə operator rolu oynayır və gəlirləri iştirakçıların formalaşdırdığı fondun səmərəli idarə olunması üçün ona ödədikləri haqlardan ibarətdir.

    Belə bir sığorta bizə ümumiyyətlə lazımdırmı?

    Bir neçə gün öncə “İslam Bankçılığı və İqdisadiyyatı Mərkəzi”nin rəhbəri Muhammad Zubair Mughalın təqdimatında “Takaful” haqqında məlumat aldıqdan sonra şəxsi fikrimi deyə bilərəm ki – lazımdır. Bildiyimiz kimi Azərbaycanda sığorta sistemi ümumilikdə çox az inkişaf edibdir. Düzdür son zamanlar ASA və ARMBNP tərəfindən aparılan məqsədyönlü tədbirlərin bəhrəsi kimi bu sahənin nəzərə çarpacaq dərəcədə inkişafa meyilli olmasını və ümumi bazarın böyüməsini müşahidə edə bilərik. Lakin bununla belə ölkədə cəmi sığorta daxılının ÜDM-la nisbətinə baxsaq görərik ki, sığorta bazarı ola biləcəyindən çox kiçikdir, sığorta məhsulları məhdud bir sahəni əhatə edir. İslam sığortasının tədbiqi bu yönümdə prosesləri sürətləndirəcəyini düşünürəm.

    Bəs bu sığorta növünü ölkəmizdə tədbiq etmək üçün nə çatışmır?

    Bunun üçün ilk öncə hüquqi baza yaradılmalı, bu üsulla sığorta müqavilələrin bağlanılması, sığorta haqlarından yığılan məbləğlərin islam qaydalarına uyğun investisiya edilməsivə s. əməliyyatlar üçün münbit şərait formalaşdırılmalıdır. Ayrıca sığorta cəmiyyətləri yaradılmasada, ilkin mərhələdə mövcud sığortaçılar öz strukturlarında “Takaful” departamentləri, şöbələri və ya filialları aça bilərlər. Belə bölmələrin fəaliyyətini təmin etmək üçün “satış”, “sığorta hadisələri”, “anderraytinq” kimi struktur bölmələr islam sığortaçılığının tələblərinə uyğun qurulmalıdır.

    Takaful bizə nə vəd edir?

                    Bu növ sığorta tədbiq olunarsa mikro iqdisadiyyatın inkişafına təkan olacaq, aşağı təminatlı əhalinin qarşılaşdığı bir sıra risklərdən qorunma mexanizmi daha işlək hala gələcək. Könüllü sığortanın əhatə dairəsi genişlənəcək və ondan təkcə paytaxda deyil, rayon və ucqar kəndlərdədə istifadə ediləcək. Sığorta haqları bütün təbəqə üçün əlçatan olacaq. Buda son nəticədə risklərin bölüşdürülməsi vasitəsi ilə iqdisadiyatın dayanıqlığını təmin edən amillərdə biridir.

    Ümumilikdə İslam sığortasının tədbiqi ölkənin sığorta bazarına müsbət təsir edəcəyini düşünürəm.

    “Rəvan Sığorta” ASC-nin

    İdarə Heyətinin sədr müavini Fuad Əliyev

Şirkət məlumatları

Rəvan Sığorta

Bakı şəhəri,Nərimanov rayonu,F.X.Xoyski pr.40. Tel.: (012) 448-33-11; Faks: (012) 448-33-55

Rəvan Sığorta Gəncə filialı

Gəncə şəhəri Nizami rayonu Heydər Əliyev prospekti 698-704, tel. 022 266 64 24

Əlaqə məlumatları

E-mail address:
info@revansigorta.az

(+994) 552383311

(+994) 124483311