Kampaniyalar
"Rəvan Sığorta" şirkətinin əsas hədəflərindən biri də müştərilərin istəyini nəzərə almaq,onların rəğbətini qazanmaqdır. Məhz bu amili nəzərə alaraq müştərilərimiz üçün "Ucuz Kasko" məhsulunu təqdim edirik.
Cəmi 99 manat ödəməklə 2500 manatlıq sığorta limiti əldə edirsiniz və il ərzində baş verə biləcək xoşagəlməz hallardan özünüzü sığortalayırsınız.

_____________________________________________________________________________________________________________________
"Rəvan Sığorta" ASC Qızıl kimi Kasko Sığortası məhsulunu təklif edir.Kampaniyada qiyməti
80.000 manat və daha yuxarı olan avtomobillər iştirak edə bilər. Kampaniya şərtlərinə görə
sığortalanan avtomobil sahibinə balansında 500 manat olan Visa Gold hədiyyə edilir.
Kampaniya təkcə bununla yekunlaşmır. Həmçinin sığorta hadisəsi zamanı günahın sizdə olmadığı halda azadolma məbləği (franşiza) da ödəmirsiniz.
80.000 manatlıq avtomobilin 1 illik kasko sığorta haqqı 3360 manatdan başlayır.

____________________________________________________________________________________________________________________
"Lüks Kasko" sığortası məhsulu qiyməti 40.000 manat və daha yuxarı olan avtomobillərə şamil olunur. Bu zaman sizə aşağıdakı hədiyyələr təqdim olunur:
- 40 manatlıq taksi kartı;
- 40 manatlıq danışıq kartı;
- 40 manatlıq avtoyuma kartı;
- 2 günlük Rent a Car;
- Şəhərdaxili 3 dəfə pulsuz evakuator (hadisədən əlavə).
Bütün bu hədiyyələr üçün sığorta haqqı birdəfəlik ödənilməlidir.
Qeyd edək ki, 40.000 manatlıq avtomobilin 1 illik sığorta haqqı 1400 manatdan başlayır.

