localizar celularclick to see morerastreamento gps de celularcomo acharcomo puedo localizar a una persona por medio del numero celularcomo rastrear un celular samsung galaxy s6 miniclick to see morecomo rastrearclick to see morecheck this outcelular appleusar celularcomocomo rastrear meu celular samsung galaxy pocketcomorastrear celular roubado android gratiscomo rastrear un celular samsung galaxy ace apagadolocalizar celular nextelcomo localizar un numero celular por internetlocalizar personas por celular telcelcelularlocalizador de celular pela internet

Bizimlə Əlaqə

Məsul şəxs: Əhmədova Nəzrin
Mob: (+994) 552383311
E-mail: info@revansigorta.az

Şikayət ilə bağlı təlimat

Şikayət və təkliflərinizi bura yazın

Əlaqə məlumatları:

Ən çox verilən suallar


1. Sığortalı avtomobili kimlər idarə etmək hüququna malikdir?

- Sığortalanmış avtomobil həmin avtomobili idarə etmək hüququ və həmin avtomobilə uyğun gələn sürücülük vəsiqəsi və sığortalı tərəfindən həmin avtmobili idarə etmək üçün verilən notarial qaydada təsdiq olunmuş etibarnaməsi olan şəxslər tərəfindən idarə edilə bilər.

Hüquqi şəxs adından onun rəhbərinin və ya nizamnaməsi ilə buna vəkil edilmiş digər şəxsin imzası ilə, həmin təşkilatın möhürü vurulmaqla verilmiş etibarnamə və ya yol vərəqəsi olduqda da sığortalanmış avtomobili idarə etmək hüququ verilir.


2. Sığorta müqaviləsi nədir?

- Sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində  sığorta obyektinin məruz qala biləcəyi risklərlə   bağlı itkilərin, dəyən zərərin əvəzinin və   ya razılaşdırılan pul məbləğinin sığorta hadisəsinin baş  verməsi  əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi yazılı razılaşmadır.


3. Sığorta müqaviləsini necə bağlamaq olar?

-  Şirkətimiz ilə sığorta müqaviləsi bağlamaq üçün müştəri həmin sığorta növü üzrə təqdim edilən müraciət formasını doldurmalıdır. Həmin sığorta növü üzrə sığorta təminatları,sığorta məbləği,sığorta haqqı və müqavilədə qeyd olunmalı digər məlumatlar razılaşdırıldıqdan sonra sığorta müqaviləsi bağlanır. Bu müqavilənin bir nüsxəsi sığortalıda biri isə sığortaçıda qalır. Əgər həmin sığorta obyekti üzrə faydalalanan sığortalı və sığorta olunandan fərqlidirsə,o zaman bir nüsxə də faydalanan şəxsə verilir.

Sığorta müqaviləsi bağlanarkən sığorta etdirən sığorta riskinin müəyyən olunması və sığorta haqqının hesablanması üçün zəruri və ona məlum   olan bütün halları və məlumatları sığortaçıya bildirməlidir.


4. Sığorta haqqının ödənişi necə həyata keçirilir?

Sığorta haqqının bütövlükdə və ya hissələrlə ödənilməsi razılaşdırıla bilər. Sığorta haqqı (sığorta haqqının birinci hissəsi)  sığorta şəhadətnaməsi təqdim olunan zaman, (qalan hissələr isə sığorta şəhadətnaməsində göstərilən tarixlərdə) ödənilməlidir. Sığorta haqqı (onun birinci hissəsi) sığorta şəhadətnaməsi təqdim olunan zaman ödənilməzsə, sığortaçı sığorta ilə əlaqədar heç bir məsuliyyət daşımır və bu şərt sığorta şəhadətnaməsində qeyd olunmalıdır.

Sığorta Şəhadətnaməsində müəyyən edilmiş məsuliyyət Sığorta haqqı (Sığorta haqqının birinci hissəsi) müştəri tərəfindən ödənildiyi andan başlayır. Sığorta haqqı  (Sığorta haqqının birinci hissəsi) 15 gün ərzində Sığortaçıya ödənilməzsə Sığorta Şəhadətnaməsi öz qüvvəsini itirir. Sığorta müqaviləsi bağlanarkən Sığorta etdirən sığorta  riskinin müəyyən olunması və sığorta  haqqının hesablanması üçün zəruri və ona məlum olan bütün halların və məlumatın dəqiqliyinə və həqiqətə uyğun olmasına zəmanət verir. Verilmiş yanlış məlumatlar sığorta ödənişinin həyata keçirilməməyinə səbəb ola bilər.


5. Məsuliyyət sığortası nədir?

- Məsuliyyət sığortası üzrə “Rəvan Sığorta" sığorta şəhadətnaməsinin qüvvədə olduğu müddət ərzində baş verən sığorta    hadisəsi nəticəsində üçüncü şəxslərin həyatına, sağlamlığına və əmlaklarına dəyən itki və ziyanın dəyməsinə görə müştərinin üçüncü şəxslər qarşısında məsuliyyətinə, ona qarşı irəli sürülən iddia və tələblərə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq təminat verir.

Bu sığorta növü iş yerində əmək müqaviləsi əsasında vəzifələrini yerinə yetirərkən baş vermiş iş qəzası nəticəsində bədən xəsarəti almış və həlak olmuş işçilərə və yaxud varislərinə işəgötürənin ödəməli olduğu zərərə sığorta şəhadətnaməsində göstərilən məbləğdə və şərtlərlə təminat verilir.


6 . Sığorta nədir?

Sığorta şəxslərin müxtəlif xarakterli risklərini başqa bir şəxsə – Sığorta Şirkətinə nəql etmə formasıdır. Sığorta müqaviləsinə görə sığortaçı müqavilədə nəzərdə tutulan hal – sığorta hadisəsi baş verən zaman sığortalıya müqavilədə nəzərdə tutulan məbləği ödəməyi, sığortalı isə müqavilənin dəyərini – sığorta haqqını ödəməyi öhdəsinə götürür.


7. Rəvan Sığorta şirkətində kasko sığortaya hansı təminatlar daxildir?

- Oğurluq və ogurluğa cəhd

- Yanğın, ildırım vurması və partlayış

- Vurma, vurulma, aşma va düşmə (YNH hər hansı bir pridmetlə toqquşma)

- Tətil, iğtişaş, xalq hərəkatı, terror va üçüncü şəxslərin qəsd hərəkətləri

- Zəlzələ va vulkan püskürməsi

- Sel,daşqın və subasması

- Səs, telefon, görüntü cihazları va digər aksesuarlara dəyən zərərlər.


8. Yol nəqliyyat hadisəsi zamanı qəza komissarının hadisə yerinə gəlməsi.

** Hadisə barədə rəsmi müraciət etdikdə təqdim olunacaq ilkin sənədlərin siyahısı:

•  Sığorta şəhadətnaməsi

•  Doldurulmuş ərizə forması

•  Faydalanan şəxsin müraciət məktubu (Sığortalı hüquqi şəxs olduğu halda)

•  Sığortalının şəxsiyyət vəsiqəsi

•  Sığortalanmış nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi

•  Sığortalanmış nəqliyyat vasitəsini hadisə zamanı idarə edən şəxsin sürücülük vəsiqəsi

•  Nəqliyyat vasitəsini idarə etmək hüququnu təsdiq edən sənəd (etibarnamə, yol vərəqəsi və s.)

•  DYP tərəfindən verilmiş 3 saylı arayış (hadisə DYP tərəfindən qeydiyyata alındığı halda)

•  İcraat zamanı əlavə sənədlər tələb oluna bilər


9. Sığorta hadisəsi baş verdikdən sonra sığortalı nə etməlidir?

Dərhal sığorta müqaviləsində göstərilən telefonlara zəng vuraraq sığorta hadisəsi ilə əlaqədar olaraq ətraflı məlumat verməlidir (avtomobilin markasını, dövlət nömrə nişanını, sığorta müqaviləsinin nömrəsini və hadisənin harada baş verdiyini bildirməlidir).


10. Sığorta hadisəsi zamanı əgər digər nəqliyyat vasitələri də varsa və hadisə digər nəqliyyat vasitələrinin ehtiyatsızlığı üzündən baş veribsə sığortalı nə etməlidir?

İstər digər nəqliyyat vasitələrin sahiblərinin ehtiyatsızlıq ucbatından, istərsə də sığortalanın ehtiyatsızlığından hadisə baş verərsə hər iki halda sığortalı dərhal digər iştirakçıların avtomobillərinin dövlət nömrə nişanlarını və avtomobil sahiblərinin təsdiq edərək özündə qeydiyyat aparmalıdır.


11. Sığorta şirkətinin nümayəndəsi hadisə yerinə gələnə qədər sığortalının görəcəyi işlər nədir?

Mümkün qədər avtomobilini hadisə yerindən çəkməməlidir. Dövlət Yol Polisinin və Sığorta şirkətinin nümayəndələrini gözləməlidir.


12. Franşıza (azadolma) məbləği dəymiş ziyanın məbləğindən çox olduğu halda nə etmək lazımdır?

Əgər franşıza (Sığorta şəhadətnaməsində qeyd olunmuş azadolma) 300 AZN-dir və sığorta hadisəsi zamanı dəymiş ziyan 300 AZN-ə qədərdirsə, o zaman sığorta şirkəti dəymiş ziyana qarşı heç bir ödəniş həyata keçirmir. Dəymiş ziyan sığortalı tərəfindən aradan qaldırılır. 300 AZN-dən yuxarı olan ziyanlar sığorta şirkəti tərəfindən ödənilir (franşıza məbləği çıxılmaq şərti ilə).


14. Sığorta hadisəsi qeydə alındıqdan sonra sığortalı DYP-dən hansı sənədləri alaraq sığorta şirkətinə təqdim eməlidir?

Sığorta hadisəsi zamanı sığortalının və ya sığorta olunanın içkili olub olmadığını təsdiq edən arayış və hadisə barədə ilkin arayışı təqdim etməlidir.


15. İcbari sığorta nədir?

Sığorta qanunvericiliyində müəyyən edilən sığortanın aparılması formasıdır. İcbari sığorta üzrə təminatların alınması qanunvericiliklə tələb olunur.


16. Azadolma məbləği nədir?

Sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsi.


17. Qismən sığorta nədir?

Əmlakın sığortası üzrə müqavilədə müəyyən edilmiş sığorta məbləğinin sığorta dəyərindən az olması.


18. Sığorta şəhadətnaməsi nədir?

Sığorta şəhadətnaməsi sığortaçı ilə sığortalı arasında sığorta müqaviləsinin bağlanmasını təsdiq edən sənəddir.

Şirkət məlumatları

Rəvan Sığorta

Bakı şəhəri,Nərimanov rayonu,F.X.Xoyski pr.40. Tel.: (012) 448-33-11; Faks: (012) 448-33-55

Rəvan Sığorta Gəncə filialı

Gəncə şəhəri Nizami rayonu Heydər Əliyev prospekti 698-704, tel. 022 266 64 24

Əlaqə məlumatları

E-mail address:
info@revansigorta.az

(+994) 552383311

(+994) 124483311