Oğurluq sığortası
Bu sığorta ilə mal və əşyalara aşağıda göstərilən hadisələrin baş verməsi nəticəsində oğurluq və ya oğurluğa təşəbbüsdən dəymiş maddi itki və ziyanlara təminat verilir:
- Qırma, oyuq açma, sökmə, dağıtmaq və zorla daxil olmaq
- Xüsusi alət, materialların və ya bədənin çevikliyinin sayəsində dırmanma və ya aşma yolu ilə daxil olmaq
- Sübüt olunması mümkün olan hallarda itmiş, oğurlanmış və ya qeyri-qanuni yolla əldə edilmiş əsl açarla və ya saxta açarla, habelə başqa alətlə açmaq və ya kod yığma yolu ilə daxil olmaq
- Sübüt olunması mümkün olan hallarda sığortalanmış yerlərə xəlvəti girib gizlənmək və ya qalmaq
- Öldürmə, yaralama, güc və təzyiqdən istifadə etməklə və ya məcbur etməklə daxil olmaq
- Sığorta şəhadətnaməsində göstərilən ünvanda fasiləsiz 30 gündən artıq heç kimin yaşamamasından istifadə edərək edilən oğurluq
- Sığorta şəhadətnaməsində göstərilən ünvanda olan əşyaların həmin ünvandan daşınıb başqa yerdə saxlanılmasından istifadə edərək edilən oğurluq
- Tətil, iğtişas və bunların yatırılması və ya qarşısının alınması məqsədi ilə inzibati və hərbi tədbirlərin keçirilməsindən istifadə edərək edilən oğurluq və ya oğurluğa təşəbbüs
- Yanğın, ildırım, partlayış, zəlzələ, vulkan püskürməsi, sel və su basması, fırtına, yer sürüşməsi, qar ağırlığı hadisəsindən istifadə edərək edilən oğurluq və ya oğurluğa təşəbbüs
- Sığortalının işçilərinin etdikləri oğurluq və təxribat
- Terror və sabotaj aktlarından istifadə edərək edilən oğurluq və ya oğurluğa təşəbbüs
