
Ölkəyə gətirilən avtomobillərin sayı artdı
2017-ci ildə Azərbaycana 13 098 ədəd nəqliyyat vasitəsi gətirilib. Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2016-cı illə müqayisədə 2,3 dəfə çoxdur. 2016-cı ildə Azərbaycana 5 746 ədəd nəqliyyat vasitəsi idxal olunmuşdu.
Və ən əsası, minik avtomobillərinin idxalı isə 2016-cı ildəki 4 991 ədəddən 2017-ci ildə 11 610 ədədə qalxıb.
Qeyd edək ki, 2017-ci ilin 11 ayında Azərbaycana 9 828 ədəd avtomobil idxal olunmuşdu.
Dekabrda avtomobil idxalı 3270 ədəd təşkil edib və bu il ərzində ən yüksək göstəricidir. Halbuki digər aylar üzrə avtomobil idxalı 1000-1700 ədəd təşkil edirdi. Görünən odur ki, yanvar ayında avtomobillərə görmük rüsumunun artırılacağı ilə bağlı yayılan xəbərlər avtomobil bazarına təsirsiz ötüşməyib və idxal kəskin artıb.
