
ASA-nın inzibati ofisində Maliyyə Bazarlarına Nəzarət Palatası və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndələri ilə sığorta şirkətlərinin əməkdaşları arasında görüş keçirilmişdir.
25.09.2018 – ci il tarixində ASA-nın inzibati ofisində Maliyyə Bazarlarına Nəzarət Palatası və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndələri ilə sığorta şirkətlərinin əməkdaşları arasında görüş keçirilmişdir. Görüşdə iştirak edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndələri icbari tibbi sığorta mexanizmi, tibbi sığortanın icbari qaydada tətbiq edildiyi Mingəçevir və Yevlaxda yaranan problemlər və aradan qaldırılması istiqamətində görülən işlərdən danışıb.
Palata nümayəndələri isə ASA-nın da dəstək verdiyi mikrosığorta üzrə bazar araşdırmasının nəticələri barədə sığortaçıları məlumatlandırıb.
