
9 minədək avtomobil geri çağırılır
Böyük Britaniyanın “Jaguar Land Rover” şirkəti Çin bazarında satılmış 8952 avtomobilini geri çağırıb. Bildirilir ki, səbəb avtomobilin təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlardır. Geri çağırılan avtomobillər 2012–2013-cü illərdə istehsal edilən “Jaguar XF” modelidir. Məlumatı TASS yayıb.
